“Çalışın, sağlam həyat tərzi yaşayın”backend

“Çalışın, sağlam həyat tərzi yaşayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Marafonda iştirak edən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev AzVision.az-a bildirib ki, bu tədbir gənclərimizi, xalqımızı sağlam həyat tərzinə çağırır.

“Hamı çalışmalıdır ki, sağlam həyat tərzi yaşasın”.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev isə deyib ki, Bakı Marafonu sağlam həyat tərzinin təbliğatıdır.

“Biz də öz iştirakımızla tədbirə dəstəyimizi veririk. Marafonda iştirak edən hər kəsə uğurlar arzu edirəm”.

Qeyd edək ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva, təhsil naziri Mikayıl Cabbarov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Baş nazirin müavini Yaqub Eyyubov, Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov və bir sıra deputatlar iştirak edirlər.

İnterpress.az