İlk öncə Heydər Əliyevin adını daşıyan parkda mərhum liderin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub və hər iki ölkənin dövlət himni səsləndirilib. Ziyarətdə İğdır vali yardımçısı Harun Yücel, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev, ASİM-DER sədri Göksəl Gülbəy, İğdır Ticarət və Sənaye Odası başqanı Kamil Aslan, ictimaiyyət və media nümayəndələrinin iştirak edib. Ziyarətdən sonra İğdır Heydər Əliyev Fənn Liseyində Ümummilli lider Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib. İlk öncə hər iki ölkənin dövlət himni səsləndirilib.
Daha sonra BDM sədri dr. İsmayıl Ağayev çıxış edərək, Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyev haqqında və onun Azərbaycan diasporunun formalaşması istiqamətində göstərdiyi müstəsna xidmətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Daha sonra Azərbaycanın Ankaradakı Səfirliyinin təhsil attaşesi dr. Nəcibə Nəsibova, Azərbaycanın Qarsdakı Baş Konsulu Nuru Quliyev, İğdır vali yardımçısı Harun Yücel, İğdır Heydər Əliyev Fənn Liseyinin müdiri Hikmət Ulaş, ASİM-DER sədri Göksəl Gülbəy, BDM sədrinin birinci müavini Samir Adıgözəlli, Soltan bəy Paşabəyoğlunun nəvəsi, Laçın Şirkətlər Qrupunun rəhbəri Yücəl Laçın və başqaları çıxışlarında Heydər Əliyevin Azərbaycan xalqının və Türk dünyası qarşısında göstərdiyi əvəzsiz xidmətləri haqqında danışıblar. Konfransda ulu öndərin həyatı və keçdiyi yoldan bəhs edilmiş sənədli film nümayiş olunub. Sonda Azərbaycan-Türkiyə dostluğuna verdiyi xidmətlərə görə bir qrup iştirakçıya təşəkkür diplomları təqdim edilib. Tədbirdə hökumət, siyasi partiya və QHT nümayəndələri, İğdır Heydər Əliyev Fənn Liseyinin müəllim və şagird heyəti də iştirak edib.
İnterpress.az