Sakit okeanda Yeni Kaledoniya yaxınlığında baş verən 7,8 bal gücündə zəlzələdən sonra sunami xəbərdarlığı edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yeni Kaledoniyada Sadiqlik adalarının cənub-şərqində baş verən 7,8 bal gücündə zəlzələ sunami xəbərdarlığına səbəb olub.
ABŞ Geoloji Xidməti (USGS) Yeni Kaledoniya yaxınlığında baş verən zəlzələnin 38 km dərinlikdə olduğunu bildirib.
Zəlzələdən sonra meydana gələcəyi ehtimal olunan sunaminin dalğasının 1 metrdən çox olacağı qeyd edilib.
Papua-Yeni Qvineya, Quam və digər Sakit okean adalarında da kiçik dalğaların görünə biləcəyi bildirilib.
Yeni Zelandiyanın Mülki Müdafiə Xidməti ölkənin sahilyanı ərazilərində qeyri-adi cərəyanlar və gözlənilməz dalğalanmalar ehtimalı barədə xəbərdarlıq edib.