İnterpress.az Modern.az-a istinadən xəbər verir ki, birinci yarımfinalda Azərbaycan, İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Yunanıstan, Polşa və digər ölkələri təmsil edən iştirakçılar səhnəyə çıxacaqlar.
Mahnı yarışmasının ikinci yarımfinalı mayın 11-nə planlaşdırılır. Final isə mayın 13-də olacaq. Müsabiqədə ümumilikdə 42 ölkədən musiqiçilər iştirak edirlər.
Xatırladaq ki, müsabiqənin rəsmi açılış mərasimi mayın 7-də olub.
Budəfəki mahnı müsabiqəsi siyasi qalmaqalla yadda qalıb. Ukrayna tərəfi Krımdakı çıxışına görə Rusiya müğənnisi Yuliya Samoylovanı ölkəyə buraxmayıb. Bu səbəbdən Rusiyanın 1-ci telekanalı \”Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib.
\”Eurovision-2017\”də Azərbaycanı Diana Hacıyeva təmsil edəcək.
Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. 2006-cı ildə 16 saylı orta məktəbi, sonra Bakı Musiqi Akademiyasını bitirib. Hazırda Bakı Caz Mərkəzində çalışır. 2010-cu ildə Diana Hacıyeva \”Eurovision 2011”-in seçim turlarında iştirak edib.
Təmsilçimiz Diana Hacıyeva \”Skeletons\” mahnısını ifa edəcək. Mahnının bəstəkarı və prodüserləri İsa Məlikovla Sandra Bermandır.
İnterpress.az