Elnarə Tofiqqızının ailəsinə 100 min manatdan çox kompensasiya ödəniləcəkbackend

Elnarə Tofiqqızının ailəsinə 100 min manatdan çox kompensasiya ödəniləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AFN.az-a istinadən xəbər verir ki, bununla bağlı hüquqşünas Fərhad Mehdiyev bildirib. Onun sözlərinə görə, həkimlərə qarşı qaldırılan iddia ilə 300.000 manata yaxın kompensasiya tələb olunub: \”İşə hakim Rafael Əliyev baxırdı. Qətnamə ilə bu gün tanış olduq və orda hüquq praktikası üçün olduqça vacib və konstruktiv bir həllin gətirildiyinin şahidi oldum. Hakim iddia tələbimizi qismən qəbul etdi, lakin qismən qəbul edilən həcm də, 100.000 manatdan yuxarı oldu. 9800 manat kompensasiyanın dərhal, qalan hissənin isə daha 18 il ərzində – mərhumun övladlarının 23 yaşına çatana qədər ödənilməsinə qərar verilib
.
Aylıq ödəniləcək pulun məbləği ilə razılaşmasaq da, ümumilikdə ədalətli sayılacaq bu qərara görə Rafael Əliyevə də təşəkkür etmək lazımdır\”.

F.Mehdiyev qeyd edib ki, bu qətnamə, daha əvvəl mənəvi zərər olaraq ödənilməsinə qət edilən 75.000 manatlıq iddianın davamıdır. Onun sözlərinə görə, bu işlə Azərbaycanda ilk dəfə həkim səhvinə görə bu cür yüksək kompensasiyanın ödənilməsinə nail olunub: \”Həkim dostlarımıza və xəstəxanalara da tövəsiyə edirəm ki, tibbi göstərişlərə riayyət edərək xəstələrlə maksimum ehtiyatla, onları əlavə olaraq siğortalamaqla xidmət göstərsinlər\”.

İnterpress.az