Qurban Yetirmişli: “Daha iki-üç təkanın olması gözlənilir”backend

Qurban Yetirmişli: “Daha iki-üç təkanın olması gözlənilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O bildirib ki, zəlzələdən sonra avtoşoklar həmişə olur: \”Səhərki zəlzələdən sonra maqnitudası 2.9 olan daha bir zəlzələ qeydə alınıb. Amma zəlzələnin dərinliyi çoxdur deyə, hiss olunmayıb. Daha iki-üç təkanın olması gözlənilir. Çünki səhər baş verən zəlzələ çox da zəif deyildi\”.
Baş direktorun sözlərinə görə, zəlzələ nəticəsində hər hansı dağıntı və tələfatın olması ilə bağlı informasiya yoxdur: \”Bunun üçün həmin ərazilərə baxış keçirmək lazımdır. Episentrdə zəlzələ 5 bala yaxın olsa da, orada yaşayış məntəqəsi yoxdur\”.

Q.Yetirmişlinin sözlərinə görə, belə zəlzələnin olması o demək deyil ki, ölkə ərazisində seysmoloji aktivlik var: \”Ölkə ərazisində daim təkanlar qeydə alınır, onların arasında nisbətən güclüsü, hiss olunanı da olur\”.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:24-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bal, yaxın yaşayış məntəqələrində isə 3-4 bala qədər hiss olunub. Zəlzələnin ocağı 39 km. dərinlikdə olub.

İnterpress.az