Fərhad Əhmədov keçmiş arvadına yarım milyard ödəməkdən imtina etdibackend

Fərhad Əhmədov keçmiş arvadına yarım milyard ödəməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın \”Qafqazinfo”ya istinadən məlumatına görə, 61 yaşlı iş adamı \”RBK”ya açıqlamasında məhkəmənin hökmünü tanımadığını və ona əməl etmək niyyətində olmadığını bildirib.

\”Britaniya məhkəmələri həmişə varlı kişilərin arvadlarının tərəfindədir. Məqsəd isə o kişilərin eks-həyat yoldaşlarının əldə etdikləri pulu İngiltərəyə, ölkə iqtisadiyyatına xərclətməkdir”, – deyə F. Əhmədov söyləyib.

Qeyd edək ki, London məhkəməsi 2016-cı il dekabrın 15-də Tatyana Əhmədovanın xeyrinə qərar verib, lakin bu qərar bu il mayın 11-də dərc olunub və qüvvəyə minib. Bu barədə məhkəmənin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Milyarder yanvar ayında verdiyi bəyanatda London məhkəməsində baş tutmuş boşanma prosesini eks-arvadı və onun vəkilləri tərəfindən \”Britaniya hüquq sistemindən çirkin sui-istifadə halı” kimi dəyərləndirib və Tatyana ilə 2000-ci ildə onun xəyanətindən sonra boşandığını vurğulayıb.

Bildirək ki, 1993-cü ildə ailə quran cütlük Londonda özlərinə ev alıb, daha sonra onların ilk oğlu olub (ikinci oğulları 3 il sonra dünyaya gəlib).

Fərhad Əhmədov bu il \”Rusiyanın ən varlı 200 biznesmeni” siyahısında 67-ci yerdə qərarlaşıb.

İnterpress.az