Yoluxucu xəstəliklərdən necə qorunmalı?backend

Yoluxucu xəstəliklərdən necə qorunmalı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi \”Məcburi Köçkünlər arasında yoluxucu xəstəliklərin profilaktikası” layihəsi çərçivəsində növbəti tədbir 15 may 2017-ci il tarixdə Bərdə rayonu Cəyirli kənd 104 saylı Kəlbəcər orta məktəbində müəllimlər və orada yaşayan məcburi köçkünlər arasında keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri doktor Fikrət Xəlilov iştirakçılarını salamlayıb və keçiriləcək tədbirin mövzusu haqqında məlumat verib. Yoluxucu xəstəliklərin profilaktikası ilə bağlı geniş məruzə ilə çıxış edən həkim-ekspert Solmaz Mirzəyeva bildirib ki, xəstəliklərə yoluxmamaq üçün insanlar ilk növbədə bu barədə bilgilərə malik olmalıdırlar.

Çıxışlar dinləyicilərin böyük marağına səbəb olub. Onları maraqlandıran sallar cavablandırılıb.

Tədbir çay-kofe süfrəsiylə yekunlaşıb.

İnterpress.az