Prokuror Vidadi Zeynalova 14 il həbs cəzası istəyirbackend

Prokuror Vidadi Zeynalova 14 il həbs cəzası istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpess.az-ın məlumatına görə, hakim Əfqan Hacıyev sədrliyi keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Dövlət ittihamçısı çıxış edərək, V.Zeynalovun 14 il, B.Hüseynovun 15 il, A.Mustafayevin 8 il, Q.Bəybalayevin 10 il, E.Məmmədovla N.Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərdən M.Məmmədov, C.Cəfərov, S.Hümbətov, B.Vəliyev, və O.Rüstəmovun hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilmələrini istəyib.

Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.

Proses mayın 24-də davam edəcək.(apa)

İnterpess.az