BNA-dan verilən məlumata görə, məqsəd bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş gəlişini təmin etməkdir.
Mövsümü xarakterli dəyişikliyə əsasən 1 iyun tarixindən:
– 107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun \”Koroğlu\” stansiyasından \”Buzovna\” çimərliyinə,
– 172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun \”Koroğlu\” stansiyasından \”Bilgəh\” bağlarına,
– 173 nömrəli marşrut xətti üzrə avtobuslar \”Pirşağı\” bağlarına və çimərliyinə,
– 179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən \”Qızılqum\” sanatoriyasına,
– 189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin \”Ləhiş\” bağlarına,
– 141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin “Sahil” çimərliyinə,
– 108 və 134 nömrəli marşrut xətti avtobuslar “Görədil” və “Fatmayı” bağlarına,
– 210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə “Türkan” bağlarına qədər fəaliyyət göstərəcək.
İnterpress.az