“Rabitə işi” yekunlaşır – kimlər azad ediləcək?backend

“Rabitə işi” yekunlaşır – kimlər azad ediləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəf kimi tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev bildirib ki, dəymiş zərərlə bağlı hələ də ödəmələr davam etdiyindən dəqiq fikir bildirə bilmir. Nazirliyin nümayəndəsi ödənişlər edildiyi üçün məhkəmədən növbəti dəfə vaxt istəyib. Ancaq hakim bildirib ki, ötən prosesdə bu məsələyə baxılaraq vaxt verilmişdi.

Hakim müdafiə çıxışı üçün vəkillərə söz verib. Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Bəylər Məmişov məhkəmənin bu qərarına etiraz edib. Vəkil qeyd edib ki, mülki zərərçəkən çıxış etmədiyinə görə onlar müdadiə çıxışı edə bilməzlər: \”Bizim çıxışımız zərərçəkmiş tərəfindən mövqeyindən aslıdır. Nazirliyin mövqeyindən sonra çıxışımızı quracağıq. Ona görə də çıxışa hazır deyilik\”.

\”Aztelekom\”un sabiq rəhbəri Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev isə çıxışında bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə verilən ittihamlar nə ibtidai istintaq dövründə, nə də məhkəmə istintaqı dövründə öz təsdiqini tapmayıb. Vəkil müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını tələb edib. \”Aztelekom\”un sabiq baş mühasibi Oqtay Rüstəmovun vəkili Səfər Hüseynov da müvəkili basində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra \”Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərin direktoru Bayram Vəliyevin vəkili çıxış edin. O, qeyd edib ki, müdafiə etdiyi şəxsin əməli cinayət tərkibi yoxdur və buna görə də müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyir. \”AzinTelekom\” sabiq rəhbəri Cəlil Cəfərovun vəkili Sünbülə Əliyeva müdafiə etdiyi şəxsin heç bir günahı olmadığını və məhkəmədən onun barəsində bəraət hökmünün çıxarılması istəyib. (musavat)

İnterpress.az

Növbəti məhkəmə prosesi iyun 14-ə təyin edilib. Proses vəkillərin müdafiə çıxışı ilə davam edəcək. Daha sonra məhkəmə təqsirləndirilən şəxslər barəsində hökmü elan edəcək.

Qeyd edək ki, ittihama görə, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.