Temperatur 33 dərəcəyə qalxacaqbackend

Temperatur 33 dərəcəyə qalxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti, Bakıda gecə 17-19° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında isə sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi qıraq qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

İnterpress.az