Həbsdəki siyasi fəallardan son xəbərlər…backend

Həbsdəki siyasi fəallardan son xəbərlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 1-də 30 sutkalıq inzibati cəzası bitən gün barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən “Kanal 13\”ün rəhbəri Əziz Orucovun apelyasiya şikayətinə baxılacaq. İnterpress.az xəbər verir ki, bu barədə onun xanımı Lamiyə Orucova “Yeni Müsavat”a məlumat verdi: “Hələ ki görüşə və telefon danışığına icazə verilmir. Ancaq vəkillər görüşə bilirlər. Hazırda Əziz 1 saylı Bakı İstintaq Təcridxanasındadır. Ayın 9-da apelyasiya şikayətinə baxılacaq. Onunla görüşən vəkili dedi ki, yaxşıdır, əhvalı da yüksəkdir. Karantindən artıq çıxıb. İndiyə qədər bir dəfə həbsxanaya getmişəm. Yemək, paltar aparmışam. Müstəntiq deyir ki, hələ proses getdiyindən görüş və telefon danışığına icazə verilmir”.

Qeyd edək ki, Ə.Orucov Cinayət Məcəlləsinin 192.2 (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə ittiham olunur…

Cəzaçəkmə müəssisəsində olan REAL hərəkatının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova isə ərinin səhhətində yaranan problemlərin getdikcə yaxşılaşdığını söylədi: “Heç bir dəyişiklik yoxdur, İlqar əvvəlki vəziyyətdədir. Səhhəti ilə bağlı yaranan problemlərlə əlaqədar da heç bir tədbir görülmədi. Özümüzün apardığımız dərmanlarla müalicə alır və səhhətində bəzi irəliləyişlər var. Amma həkim vasitəsilə İlqara heç bir yardım olunmayıb. Həbsxanada sərinləşdirici sistemin necə olması barədə hələ danışmamışıq. Havalar da yeni-yeni istiləşməyə başlayır. Yəqin ki, problemlər olsa da, bundan sonra olar”.

AXCP sədrinin müavini Seymur Həzinin atası Məşgül Həziyev oğlunun vəziyyətinin normal olduğunu bildirdi: “Hələ ki bir narahatçılıq yoxdur. İyunun 7-də sonuncu dəfə zəng vurmuşdu. Vəziyyəti yaxşıdır. Elə bir sözü-filan olmadı. Həbsxana həyatı necədirsə, ona uyğun da davranır”.

İnterpress.az