Ekspertdən zəhərlənmə hadisəsinə ŞƏRH: “İçməli suya kanalizasiya qarışıb”backend

Ekspertdən zəhərlənmə hadisəsinə ŞƏRH: “İçməli suya kanalizasiya qarışıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında tibbi ekspert Aqil Qeybulla bildirib. Onun sözlərinə görə, bu bir məhəllədə baş verən hadisədir:

“Güman ki, həmin yerdə içməli suya nəsə qarışıb. Ola bilər kanalizasiya, ya da texniki sular olsun. Fakt odur ki, bunlardan biri həmin ərazidə suya qarışıb. Rəsmi açıqlamanı gözləyək. Bu açıqlama çox vacibdir. Aidiyyatı qurumlar son səbəbi deməlidir. Amma bu rəsmi cavabın özü də nə dərəcədə səmimi olacaq, bu da sual altındadır.”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da sözü gedən ərazidə içməli suya hər hansı virusun qarışdığını qeyd edib:

“Düşünmürəm ki, bu birbaşa gələn sullardan baş verib. Güman ki, su saxlama yerlərində problem var. Vaxtaşırı orada təmizlənmə işləri aparılmalıdır. Düşünürəm ki, zəhərlənmə buradan qaynaqlanır. Ya da ki, hər hansı virus yayılır.”

Son iki gündə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində, Novxanı kəndində, həmçinin Abşeron rayonunun Saray və Ceyranbatan qəsəbələrində yaşayan 2-7 yaşlı 119 uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Valideynlər uşaqların sudan zəhərləndiyini bildiriblər.

İnterpress.az