İnterpress.az Azərtac-a istinadən xəbər verir ki, səfər çərçivəsində Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə iyunun 13-də “The Salamanca Band and Bugles of The Rifles” hərbi orkestrinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri ilə birgə Fəvvarələr Meydanında konsert proqramı təşkil olunub.
Konsertdə Azərbaycan bəstəkarlarının klassik əsərləri, xarici estrada və caz musiqiləri səsləndirilib.
Konsert proqramı, xüsusilə “The Salamanca Band and Bugles of The Rifles” orkestrinin ifasında “Sarı gəlin” mahnısı şəhər sakinləri və xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
İnterpress.az