İtkin düşən 16 yaşlı oğlan tapıldıbackend

İtkin düşən 16 yaşlı oğlan tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Trend-ə itkin düşən yeniyetmənin qohumları məlumat verib.

Məlumata görə, iyunun 12-də Sabunçu rayonunda yaşadığı evdən çıxaraq Bakıxanov qəsəbəsində təhsil aldığı 12 saylı Peşə Məktəbinə gedən 2001-ci il təvəllüdlü Məhərrəmzadə Dərya İlkin oğlu iyunun 14-də tapılıb. D. Məmmədzadə bu gün günorta saatlarında evlərinə qayıdıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində araşdırma aparılır.

Xatırladaq ki, D.Məmmədzadə iyunun 12-də təhsil aldığı məktəbdə sinif yoldaşları ilə görüşəndən sonra naməlum istiqamətə yollanıb və yoxa çıxıb. Ailə üzvləri hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verərək onun itkin düşdüyünü bildirmişdilər.

İnterpress.az