Finsberi Park Məscidi yaxınlığında törədilən terror aktı nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Hücuma məruz qalan şəxslər məsciddən qayıdan müsəlmanlar olub.
London polisi hadisəni terror aktı adlandırıb.
Şahidlərin sözlərinə görə, sürücü avtomobili huşunu itirmiş adamın ətrafına toplaşan izdihamın üzərinə sürüb.
Məlumata görə, avtomobildə 3 nəfər olub. Onlardan biri – 48 yaşlı kişi həbs edilib. Digər 2 nəfər isə qaçaraq gizləniblər.
Şahidlər qeyd edir ki, 48 yaşlı kişi hadisədən sonra ətrafda olan insanların üzərinə hücum etməyə çalışıb. Lakin bir neçə nəfər onu zərərsizləşdirə bilib. Daha sonra onu polisə təhvil veriblər.
İnterpress.az