Məscidin axundu Hacı Rüfət Qarayev məlumat verib.
Onun sözlərinə görə, əhli-sünnələr saat 08:00-da, əhli-şiələr isə saat 09:00-da bayram namazını qılacaqlar.
R.Qarayev namazların eyni vaxtda qılınmamasına da aydınlıq gətirib: \”Bayram namazının birgə qılınmasına çalışdıq. Amma bayram namazlarında müəyyən fərqlər olduğundan ibadətin ayrı-ayrı saatlarda yerinə yetirilməsinə qərar verildi. Bayram namazı günəş çıxandan zöhr namazına kimi olan aralıqda istənilən vaxt qılına bilər\”.
Qeyd edək ki, iyunun 25-də \”Heydər\” məscidində bayram gecəsi qeyd olunacaq. Saat 23:00-da başlayacaq tədbirdə \”Quran\” tilavət ediləcək, dular olunacaq, Ramazanla bağlı söhbətlər aparılacaq.
İnterpress.az