İnterpress.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə modelin yaxın dostu deyib. O bildirib ki, rəfiqəsi dənizdə boğulub: “Hadisə “vəhşi” çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, o isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.
Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, o, sağdır və bizimlə zarafat etmək istəyir”.
İnterpress.az