“Şou verilişlərin səviyyəsi bizi narahat edir” – MTRŞbackend

“Şou verilişlərin səviyyəsi bizi narahat edir” – MTRŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov vurğulayıb ki, bu məsələ yaradıcılıq işidir:

\”Əgər bir kanal səviyyəsi aşağı olan şou veriliş yayımlayırsa, öz imicinə xələl gətirmiş olur. Bu məsələdə bizim üzərimizə düşən vəzifə həm bu şou verilişlərdə, həm də digər verilişlərdə qanunvericiliyin, milli-mənəvi dəyərlərin tələblərinin pozulmasının qarşısını almaqdır\”.

Onun sözlərinə görə, MTRŞ hər hansı şou verilişin səviyyəsinə qarışa bilməz:

\”Bu, kanalın yaradıcılıq işdir. Əgər belə bir səlahiyyətimiz olsaydı, milli efirimizdə xeyli şou veriliş tərəfimizdən bağlanardı\”.

İnterpress.az