Bir neçə gündür Kiyevdə səfərdə olan Elxan Şahinoğlu Ukrayna paytaxtında güclü leysan yağışına düşüb və islanmış yerdə ayağı sürüşdüyündən yıxılaraq əlini sındırıb. Elxan Şahinoğlu sosial şəbəkədə belə bir qeyd yazıb “Jurnalist dostlarım! Təəssüf ki, yazılı suallarınızı cavablandıra bilməyəcəm. Kiyevdə bərk yağışda yıxıldım. Əlim gipsdədir, Gücüm ancaq Ukraynada gördüklərimə dair yazıya çatdı. Təəssüf edirəm”.
Politoloq ölkəyə nə zaman qayıdacağını yazmayıb.
İnterpress.az