Ermənilərin öldürdüyü Zəhra və nənəsinin — FOTOSUbackend

Ermənilərin öldürdüyü Zəhra və nənəsinin — FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az azvision.az-a istinadən xəbər verir ki, bu gün onların dəfn mərasimi keçiriləcək. Hazırda kənddə nisbi sakitlikdir.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Ermənilərin öldürdüyü Zəhra və nənəsinin — FOTOSU

İnterpress.az