Nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıbbackend

Nəqliyyat sektorunda yükdaşıma qiymətləri bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) \”Report\”a daxil olan məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri 0,1%, o cümlədən avtomobil nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 3,1%, boru kəməri nəqliyyatı ilə neftin nəql olunma qiyməti 0,3% ucuzlaşıb.

\”Dəniz nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri 0,1% bahalaşıb, qazın nəql olunma qiyməti, dəmiryol nəqliyyatında ölkədaxili və ölkələrarası yükdaşıma qiymətləri, hava nəqliyyatında ölkələrarası yükdaşıma qiymətləri və avtomobil nəqliyyatında ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb\”,- DSK-nın məlumatında bildirilib.

İnterpress.az