İnterpress.az Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən xəbər verir ki, onlardan 4 mln. 792,7 min nəfərini məşğul əhali təşkil edib.
2017-ci ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150 saat təşkil edib.
İyulun 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,3 min nəfər olub, onların 37,3%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 258,3 manat olub.
İnterpress.az