İnterpress.az DİM-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə modern.az-a açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə keçiriləcək imtahanın tarixi də bəllidir.
“Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüstülənmə olduğu üçün təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub”.
İnterpress.az