Yeraltı təkanlar Nəhavənd şəhərindən 4.8 km şərqdə hiss edilib. Rixter şkalası ilə 4.7 bal gücündə olan zəlzələdə ən azı 8 nəfər xəsarət alıb.
Zəlzələ ocağı 2 km dərinlikdədir. Xəstəxanaya yerləşdirilən 8 nəfərdən 5-i ambulator müalicə üçün evə buraxılıb. Digər üç nəfərin isə vəziyyəti ağırdır. İran mətbuatının xəbərinə əsasən yeraltı təkanlar nəticəsində bir necə binaya ziyan dəyib.
İnterpress.az