\”Bakı Metropoliteni\” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, hadisəyə səbəb \”Həzi-Aslanov\” – \”İçəri Şəhər\” istiqamətində hərəkət edən 11 saylı qatarda nasazlıq yaranmasıdır.
\”Qatarın nasaz olması ümumi xətdə qatarların ləngiməsinə gətirib çıxarıb. Yaxın saatlarda bu problem aradan qaldırılacaq\”, – o qeyd edib.
Onu da qeyd edək ki, sakinlərin verdiyi məlumata görə, \”Sahil\” stansiyasında hər gün eskalatorda problem yaşanır və sərnişinlərin çox olduğu vaxt sadəcə bir eskalator işləyir metroda sıxlıq yaranır.
İnterpress.az