“Qeyrətsizliyin, şərəfsizliyin ən yüksək zirvəsidir”backend

“Qeyrətsizliyin, şərəfsizliyin ən yüksək zirvəsidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, modern.az-a açıqlamasında bu kimi hadisələrə hiddətləndiyini bildirib: \”Hesab edirəm ki, bu faktlar tərbiyəsizliyin, qeyrətsizliyin, şərəfsizliyin ən yüksək zirvəsidir. Mütləq şəkildə parlamentin iclasları başlayan kimi biz ictimaiyyətdən gələn təklifləri nəzərə almağa çalışacağıq ki, qanuna dəyişiklik edilsin. Düşünürəm ki, bu məsələdə dünya təcrübəsi, humanistlik nəzərə alınmamalıdır. Azərbaycanın özünün milli-mənəvi dəyərləri, mentaliteti, qanunları var. Biz azərbaycanlılar olaraq namus məsələsinə ciddi yanaşırıq. Ona görə də pedofillərə, azyaşlılara qarşı zorakılıq əməli törədənlərə elə bir damğa vurulmalıdır ki, ölənə qədər unutmasınlar. Hər kəs kənardan baxanda onun hansı əməl sahibi olduğunu bilsin”.

A.Naxçıvanlı pedofillərin ömürlük həbsini çox yüngül cəza hesab edir:

\”Ömürlük həbs cəzası nədir ki? Gedib dövlətin hesabına yeyib-içəcək, yaşayacaq. Bu, onlara azdır. Onların biabırçılıqla yaşaması gərəkədir. Qoy cəmiyyətdə hamı onun necə biri olduğunu bilsin. Biz qanuna ediləcək dəyişikliklə uşaqlara qarşı bu iyrənc əməli törətmək niyyətində olanları çəkindirməliyik. İctimaiyyət, nəsillər namus məsələsini bağışlamayıb. Biz də bağışlamamalıyıq. Belə hallar Azərbaycana utanc gətirir. Bu, yolverilməzdir”.

Xatırladaq ki, 2010-cu ildə millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair qanun layihəsi haqırlayaraq Milli Məclisə təqdim etmişdi. Qanun layihəsində zorlama cinayətində suçlananların axtalanması təklifi edilirdi.

İnterpress.az