Səməd Vurğunun şerinin təhrif olunmasına “OBA” marketlər şəbəkəsindən açıqlamabackend

Səməd Vurğunun şerinin təhrif olunmasına “OBA” marketlər şəbəkəsindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, xalq şairi Səməd vurğunun \”Azərbaycan\” adlı şeiri \”OBA\” marketlər şəbəkəsi tərəfindən təhrif olunub. Xalq şairinin \”Azərbaycan\” adlı şeiri \”El bilir ki, sən mənimsən, alış-veriş məskənimsən\” kimi təhrif olunaraq radiolarda reklam olunub.

\”OBA\” marketlər şəbəkəsi baş verən bu hadisəyə aydınlıq gətirib. \”OBA\” marketlər şəbəkəsindən İnterpress.az-a daxil olan məlumatı oxucularımıza olduğu kimi təqdim edirik:

\”Hal-hazırda radioda yayımlanan qeyd edilən reklam çarxı autsorsinq əsasında Xəzər radiosu tərəfindən hazırlanmış və radioa yerləşdirilmişdir. Reklamın hazırlanmasını və yayımını Xəzər radiosu həyata keçirib. Biz bununla bağlı artıq radio ilə əlaqə saxlayıb, səsləndirilən iradları bildirmişik. Reklam çarxı yalnız bir radioda (Xəzər FM) efirə gedirdi və bugündən etibarən biz həmin səsləndirmənin yayımlanmasını dayandırmağı qarşı tərəfdən tələb etmişik. Bundan başqa Nigar xanımla əlaqə saxladıq, \”OBA\” marketlər şəbəkəsi adından yaranan anlaşılmazlığa görə üzrxahlıq etdik və Nigar xanım bizim üzrxahlığımızı qəbul etdi.\”

İnterpress.az