Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Onun sözlərinə görə, qəbul imtahanından 600 bal toplayan 4 nəfər ali məktəbə daxil ola bilməyib:
“IV ixtisas qrupu üzrə 1 abituriyent 640, 1 abituriyent isə 620 balla ali məktəblərə qəbul ola bilməyib, kəsilib. III ixtisas qrupu üzrə 2 abituriyent 660-dan çox bal toplayıb, amma ali məktəblərə qəbul ola bilməyib”.
Ekspert bunun səbəbini abituriyentlərin doğru ixtisas seçimi etməmələri ilə əlaqələndirib.
İnterpress.az