200 manat cərimələndi – Ağaca görəbackend

200 manat cərimələndi – Ağaca görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlikdən İnterpress.az-a verilən məlumata görə, şikayət nazirliyin yerli qurumlarının əməkdaşları tərəfindən şikayətçinin iştirakı ilə yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı 100 m2 torpaq sahəsinin hasara alındığı, hasar daxilində 9 ədəd müxtəlif cinsli və diametrli ağacın bioloji inkişafda olduğu, 1 ədəd sərv ağacının isə tikintiyə maneəçilik törətdiyi üçün alt budaqlarının qanunsuz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı sözügedən ərazinin Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının sərəncamı ilə Hamlet Nağıyevə ticarət obyektinin tikintisi üçün verildiyi məlum olub.

Faktla bağlı H.Nağıyev barəsində protokol tərtib olunub və o inzibati qaydada 200 manat məbləğində cərimə edilib, ağacların qorunub mühafizə edilməsi üçün akt tərtib olunaraq torpaq istifadəçisinə təhvil verilib.
Gəncə şəhəri Mənzil Kommunal Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Şöbəsinə isə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib, eyni zamanda Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinə müraciət olunub.

İnterpress.az