İnterpress.az \”Bakı Metropoliteni\” Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, təmir müddətində stansiyada quraşdırılmış \”LT-3\” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın \”ThyssenKrupp Fahrtreppe\” şirkətinin \”Viktoriya\” tipli 4 eskalatoru quraşdırılacaq.
\”Sahil\” stansiyasında quraşdırılacaq eskalator əvvəlkilərdən bir çox üstünlükləri ilə fərqlənəcək.
Məlumata görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək.
Qeyd edilənləri nəzərə alaraq, \”Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, avqustun 20-dən etibarən qatarlar \”Sahil\” stansiyasında dayanmadan \”İçərişəhər\” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur.
İnterpress.az