Azərbaycan məscidlərində bayram namazı qılınıbbackend

Azərbaycan məscidlərində bayram namazı qılınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın xəbərinə görə, hər iki məsciddə bayram namazı axundların imam-camaatlığı ilə qılınıb. Xütbələrdə vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhuna dualar oxunub, eləcə də qurban kəsmə qaydaları haqda məlumat verilib. Daha sonra namaza qatılan insanlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.

Bu gün səhər saatlarında paytaxtla yanaşı, Azərbaycanın bütün bölgələrindəki məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

Xatırladaq ki, sentyabrın 1-i və 2-si Azərbaycanda Qurban bayramı qeyd olunur.

İnterpress.az