Dərslər sentyabrın 18-dən başlayacaq? – Rəsmi cavabbackend

Dərslər sentyabrın 18-dən başlayacaq? – Rəsmi cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, nazirlikdən bildirilib ki, dərslər sentyabrın 18-dən deyil, 15-dən başlayacaq.

Nazirlikdən əlavə edilib ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə \”Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi\”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Buna görə də bu il də 5 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər dərslərinə sentyabrın 15-də başlamalı, 2 günlük fasilədən sonra, yəni sentyabrın 18-dən tədrislərinə davam etməlidirlər.

6 günlük tədris həftəsi ilə təhsil alanlar isə sentyabrın 15-i və 16-da dərs məşğələlərində iştirak etməlidirlər.

Nazirlikdən o da qeyd edilib ki, hər bir dərs ilində şagirdlər üçün tətil günləri müəyyənləşdirilir. 2017-2018-ci tədris ili üçün müəyyənləşdirilmiş tətil günləri 16-20 noyabr ( 5 gün payız tətili ), 27-31 yanvar (5 gün qış tətili), yalnız ibtidai siniflərin şagirdləri üçün 1-5 maydır (5 günlük əlavə yaz tətili).

İnterpress.az