Bu yol 2 gün bağlı olacaqbackend

Bu yol 2 gün bağlı olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azəravtoyol”ASC-dən verilən məlumata görə, yeraltı kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar olaraq sentyabr ayının 12-dən 13-nə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi-Biləcəri yolu (4-cü qapı küç.) ilə kəsişməsindən Biləcəri-Baksol yolunun kəsişməsinədək olan hissəsində 2 gün ərzində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq.

Göstərilən müddət ərzində sürücülər alternativ olaraq Biləcəri-Baksol, Binəqədi-Biləcəri (4-cü qapı küç.), Xırdalan-Binəqədi-Balaxanı, Binəqədi-Mehdiabad avtomobil yollarından, həmçinin Binəqədi və Biləcərəri qəsəbələrinin daxili yollarından istifadə edə bilərlər.

İnterpress.az