İnterpress.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli bu gün ATV rəhbərliyində baş verən dəyişikliklə bağlı deyib.
Onun sözlərinə görə, ATV-dəki məlum verilişlərlə bağlı dəfələrlə kanal rəhbərliyinə iradlarını bildirib:
“Bizim üçün əsas məsələ telekanallarda Azərbaycan dövlətçiliyinin təbliğatı, milli mənəvi dəyərlərin qorunması və Azərbaycan dili ilə bağlı məsələlərdir”.
N. Məhərrəmli kanalda narazılığa səbəb olan verilişlərin bağlanmasından da danışıb:
“Bu verilişlərin bağlanması yerində atılmış addımdır”.
MTRŞ sədri həmçinin qeyd edib ki, televiziyaların monitorinqi qurumun gündəlik işidir və bu nəzarət bütün telekanallara bərabər səviyyədə aparılır.
İnterpress.az