Ukraynadan Bakıya uçan təyyarədə həyəcanlı anlar — 260 sərnişin ölümdən döndübackend

Ukraynadan Bakıya uçan təyyarədə həyəcanlı anlar — 260 sərnişin ölümdən döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının informasiya şöbəsindən “Ölkə.Az”a məlumat verilib. Bildirilib ki, təyyarədə texniki nasazlıq yaranıb. Bu səbəbdən də uçuş ləngiyib.

“Bu gün saat 01:20-də Bakıya enməsi gözlənilən Ukrayna Hava Yollarına məxsus təyyarə reysi gecikəcək. Təyyarə Bakıya saat 02:45-də eniş edəcək. Təyyarə reysinin gecikməsinə səbəb yaranmış texniki nasazlıqdır”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, təyyarədə 260 sərnişin var.

Xatırladaq ki, bəzi Kütləvi İnformasiya Vasitələrində bildirilib ki, Bakıya enməsi gözlənilən Ukrayna Hava Yollarına məxsus “PS-601” saylı təyyarə sərnişinlər mindikdən sonra Kiyev aeroportundan havaya qalxmaq istəyib. Lakin texniki nasazlıq səbəbindən təyyarə havaya qalxa bilməyib. Bildirilib ki, təyyarə havaya qalxan zaman ön təkər yerə təkrar çırpılıb. Pilotların sayıqlığı nəticəsində ciddi bir hadisə baş vermədən təyyarə yenidən hava limanına qayıdıb.

İnterpress.az