İnterpress.az modern.az-a istinadən bildirir ki, bu barədə baş prokurorun müavini- Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
O qeyd edib ki, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin və istintaq olunan cinayət işlərinə, ibtidai araşdırmaya prosessual rəhbərliyin gücləndirilməsi və işin düzgün təşkili nəticəsində hərbi hissələrdə törədilən cinayətlərin, xüsusən də qəsdən adam öldürmə, intihar, habelə fərarilik və digər bu kimi hərbi xidmət əleyhinə olan cinayətlərin sayı durmadan azalır.
\”Son on ildə bütünlükdə hərbi xidmət əleyhinə olan cinayətlərin təxminən 50 faiz, qəsdən adamöldürmə, intihar və şəxsiyyət əleyhinə olan digər cinayətlərin 40 faiz azalması, hərbi hissəni və xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində tərk etmə cinayətlərinin isə ümumiyyətlə törədilməməsi Silahlı Qüvvələrdə nizam-intizamın gücləndirilməsinin və qanunun aliliyinin təmin edilməsinin göstəricisidir\”.
İnterpress.az