Paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin (\”İmperator\” şadlıq sarayının qarşısı) bir hissəsində çökmə qeydə alınıb.
\”Azəravtoyol\” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli açıqlamasında bildirib ki, həmin yolun altından kanalizasiya kollektoru keçir və onun istismar müddəti bitib: \”Kollektorun çökməsi nəticəsində yolda çökmə baş verib. Kanalizasiya suları yol yatağını yuyub, nəticədə 2-3 metr dərinliyində quyu əmələ gəlib\”.
Qurum rəsmisi əlavə edib ki, hadisə yerinə \”Azəravtoyol\” ASC-nin və \”Azərsu\” ASC-nin əməkdaşları cəlb olunublar. \”Fəsadlar aradan qaldırılacaq. Əvvəlcə kollektorun bərpası işi aparılacaq. Bundan sonra yolun bərpası istiqamətində addımlar atacağıq\”, – deyə o bildirib.
Ötən gün \”Azəravtoyol\” ASC-nin yaydığı məlumatda bildirilib ki, intensiv yağışlar nəticəsində dünən səhər saatlarında Yasamal rayonu, Musabəyov parkının arxasında, Mirəli Seyidov küçəsində yolda çökmə hadisəsi baş verib. ( apa )
İnterpress.az