Bu il 9787 boşanma halı qeydə alınıbbackend

Bu il 9787 boşanma halı qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayında ilin əvvəlinə nisbətdə artım müşahidə olunmuşdur. Belə ki, əhalinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-dək 9867250 nəfərə çatmışdır. Cari ilin yanvar-avqust ayları ərzində 95395 nəfər körpə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbələri tərəfindən qeydə alınmışdır, əhalinin hər 1000 nəfərinə bu göstərici 14,7 nəfər təşkil edir. Doğulan körpələrin 53 faizi oğlan, 47 faizi qız uşaqları təşkil edir. Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 39004 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,0 təşkil etmişdir.

2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olmuşdur.

İnterpress.az