Bu barədə \”Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib. Onun sözlərinə görə, sözü gedən ərazidə rənglənmə işləri aparılacaq:
“Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir. Bu gün axşam saat 22:00-dan etibarən Xətai rayonu, Yusif Səfərov küçəsində üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq”.
Anar Nəcəfli qeyd edib ki, rəngləmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
İnterpress.az