Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib ki, Qobustanda 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin qanaxmadan öldüyü ehtimal edilir.
Bu, qadının dördüncü hamiləliyi və doğuşu olub. Onun sözlərinə görə, meyit müayinə olunmaq üçün pato-marfoloji təşrihə verilib.
S.Məmmədova qeyd edib ki, eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb məlum olacaq. ( apa )
İnterpress.az