Azərbaycanda təqaüd alan tələbələr azalıbbackend

Azərbaycanda təqaüd alan tələbələr azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-2017-ci tədris ilində dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində təhsil alan tələbələrin, sadəcə, 36,3 faizi təqaüd alır.

2000-ci ildə bu göstərici 45 faiz olub. 2015-2016-cı tədris ilində təqaüd alanlar 37,3 faiz təşkil edib.

Qeyd edək ki, 2000-2001-ci tədris ilində ali təhsil müəssisələrində təhsil alan tələbələrin sayı 119,7 min, 2015-2016-cı tədris ilində 161,2, 2016-2017-ci tədris ilində isə 163,8 min nəfər təşkil edib.

İnterpress.az