Bakıda kişilər qısa ətəkli qadınlara qarşı mənfi fikirdədir – SORĞUbackend

Bakıda kişilər qısa ətəkli qadınlara qarşı mənfi fikirdədir – SORĞU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, rəyi soruşulmuş respondentlərin demək olar ki, yarıdan çoxu (54 %) qısa ətəklilərə qarşı mənfi fikirdədir.

Mini ətəkləri sevməyənlərin böyük əksəriyyətini kişilər təşkil edir (60 %). 34 % ətəklə bağlı məsələlərə neytral yanaşdığını bildirib. Ən aşağı göstərici qısa ətəkli xanımlara müsbət baxanlardadır. Onlar sorğuda cəmi 12 % təşkil ediblər və müsbət rəylər əsasən elə xanımların özlərindən gəlib (14 %).
Maraqlı məqam isə mini ətəklərə olan münasibətin yaş qrupları arasında fərqlənməsindədir. Belə ki, cəsarətli geyimi geyinənləri sevməyənlər əsasən 55-64 yaş aralığında olan respondentlərdir (68 %). Gənc nəsil (18-24 yaş aralığı) xanımların “cəsarət”inə neytral yanaşır (46 %). Sorğunun ən diqqətçəkən məqamı isə ahıl nəsillə bağlıdır. Belə ki, rəyi öyrənilmiş ahılların (65 və daha yuxarı yaş qrupu) 18%-i mini ətək geyinənləri bəyəndiklərini bildiriblər.

Sorğu 23-28 sentyabr tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir. (oxu.az)

İnterpress.az