İnterpress.az xəbər verir ki, Saatlı Rayon İcra Hakimiyyətindən “Report”un Aran bürosuna verilən məlumata görə, dəfn mərasimi oktyabrın 23-nə nəzərdə tutulub.
Qeyd olunur ki, şəhidin cənazəsi sabah Saatlı rayonuna gətiriləcək.
Cabbar Zeynalov 1999-cu ildə Saatlı rayonunun Heydərabad kəndində doğulub. 2017-ci il aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Bu gün 18 yaşında şəhidlik zirvəsinə ucalıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir!
İnterpress.az