İnterpress.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti “ADY Express” məlumat verib.
82 konteynerdən ibarət qatar Qazaxıstanın Kostanay stansiyasından yola düşüb. Qatarın son məntəqəsi Türkiyənin Mersin şəhəri olacaq.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı oktybarın 30-da Bakıda keçiriləcək.
İnterpress.az