Soçi Festivalında hədiyyə edilən smartfon təhlükəsibackend

Soçi Festivalında hədiyyə edilən smartfon təhlükəsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, ötən həftə Azərbaycanın nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr festivalında iştirak edib.
Festival dünyanın 150 ölkəsindən, müxtəlif sahələrdən 20 mindən çox gənc mütəxəssisi öz ətrafında toplaya bilib.
\”Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimiz inşa edirik\” şüarı altında keçirilən festivalın açılış mərasimində Rusiya prezidenti Vladimir Putin çıxış edib. Festival çərçivəsində keçirilən forumlarda Rusiya xarici işlər naziri Sergey Lavrov, Rusiya və xarici ölkələrin rəsmiləri iştirak edib.
Diqqəti çəkən əsas məqamlardan biri də festival çərçivəsində bütün iştirakçılara Rusiya istehsalı olan \”İBRİS\” smartfonlarının hədiyyə edilməsi oldu və bu bir çoxlarına müəmmalı qalmaqdadır.
İnformasiya savaşının pik dövrünü yaşadığımız bu dövrdə Rusiya istehsalı olan bu smartfonların ölkənin ən fəal gənclərinin istifadəsində olması təbii olaraq hər kəsdə şübhə yaradır.
Ümumilikdə, bu smartfonlar təhlükə mənbəyi sayıla bilərmi? Smartfonların təmiz olduğunu necə müəyyən etmək olar? Ekspertlərin bununla bağlı fikirləri nədən ibarətdir?
Sözügedən məsələ ilə bağlı İnterpress.az-a açıqlama verən İKT üzrə ekspert Cahid İsmayıloğlu bununla bağlı bir sıra məqamlara toxundu: \”Əlbəttə, casus proqram təminatları, ziyanverici və zərərli proqram təminatları smartfonlar vasitəsi ilə yayılır. Casus proqram təminatı istifadəçilərin yazışma və zənglərini izləmək imkanlarına malik olur. Bu cür proqramları anti-cəsus proqramı ilə aşkar etmək mümkündür. Ancaq mütəşəkkil formada və güclü cəsus proqram təminatları vardır ki, bunları asanlıqla aşkar etmək mümkün deyil.\”

İnterpress.az