İnterpress.az xatırladır ki, Lotu Quli həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda N.Səlifov uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.
Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin N.Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün N.Səlifov Gürcüstana getmişdi.
İnterpress.az