Fuad Cabbarov ATV-də vitse-prezident, yoxsa ARB Kəpəz-də baş direktordur?backend

Fuad Cabbarov ATV-də vitse-prezident, yoxsa ARB Kəpəz-də baş direktordur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələni aydınlaşdırmaq üçün \”ARB Media Qrup\”un rəsmisi İsmayıl Həsənovla əlaqə saxladıq.

İ.Həsənov məlumatı saytımıza təsdiqləyib:

\”KİV-də “ARB Kəpəz” telekanalının baş direktoru Fuad Cabbarovun vəzifəsindən azad olunaraq, başqa bir televiziyada rəhbər vəzifəyə təyin olunduğu barədə məlumat yayılmışdı.

\”ARB Media Qrup\” olaraq bu məsələ ilə bağlı heç bir rəsmi münasibət bildirməyə ehtiyac görməmişdik. Həmçinin digər telekanaldan da təyinatla bağlı açıqlamaya rast gəlməmişəm. Bildirmək istəyirəm ki, Fuad Cabbarov işindən ayrılmayıb, o, son on gün ərzində şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmişdi, artıq Gəncəyə qayıdıb və hazırda da ARB Kəpəz telekanalına rəhbərlik edir\”. ( olke.az )

İnterpress.az