Kafe sahibləri saat 21:00-da müştərilərə obyektin bağlanılacağını bildirib və onları çölə çıxarıb.
Sahibkarlar bundan sonra kafelərinin 21:00-a kimi işləyəcəyini deyərək müştərilərdən üzr istəyib.
Məsələ ilə bağlı ətraflı məlumat verilməsə də, bunun təhlükəsizlik məqsədilə edildiyi ehtimal olunur.
Xatırladaq ki, 25 oktyabr 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mənzildə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən müxtəlif dini etiqadlara mənsub üç silahlı şəxsin zərərsizləşdirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilib.
Baxış zamanı mənzildən 5 ədəd patronla birlikdə 1 ədəd \”Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbaraları, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış \”Molotov kokteyli”, həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcılar, \”Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qablar aşkar edilələrək müvafiq qaydada qablaşdırılıb maddi sübut kimi götürülüb.
Digər əməliyyat zamanı isə Milli Şuranın mitinqində terror planlaşdıran cinayətkar dəstənin üzvləri – Azərbaycan Respublikasının vətəndaşları Ələkbərov Bəxtiyar Məmmədsadıq oğlu, \”Əbu-Yunis” ləqəbli Məsimli Anar Mehman oğlu və \”Əbu-Vakkaz” ləqəbli Hüseynli Cavid Hüseyn oğlu odlu silahlardan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla məhv ediliblər. ( bakupsot.az )
İnterpress.az